Sığorta

Azərbaycanda daha 20 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı daha 20 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

ENA.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar iyulun 7-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)