Boris Conson Şotlandiyanın birinci nazirinin referendum tələbini rədd edib
Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyanın birinci naziri Nikola Starcenin regionun Britaniyadan ayrılması ilə bağlı 2023-cü il oktyabrın 19-da referendum keçirmək təklifini rədd edib.
Bu barədə Britaniya hökuməti başçısının Şotlandiyanın birinci naziri Nikola Starcenə ünvanladığı cavab məktubunda deyilir.
“Ölkəmizin həm daxildə, həm də xaricdə misli görünməmiş problemlərlə üzləşdiyi bir şəraitdə mən razılaşa bilmirəm ki, Şotlandiya xalqının 2014-cü ildə aydın şəkildə cavab verdiyi bu məsələyə indi yenidən baxılsın”, - Conson bildirib.
Qeyd edək ki, Şotlandiyanın birinci naziri Nikola Starcen Böyük Britaniyanın Baş naziri Boris Consona Şotlandiyada müstəqillik referendumunun keçirilməsi təklifi ilə bağlı məktub göndərib.
Nikola Starcen Britaniya hökumətinin başçısına yazdığı məktubda bildirib ki, onun kabinetinin hərəkətləri Birləşmiş Krallığın könüllü tərəfdaşlıq ideyasını şübhə altına alır.
O, 19 oktyabr 2023-cü ildə Böyük Britaniyadan müstəqillik üçün referendum keçirmək təklifini açıqlayıb.