"Rusiya-Ukrayna" müharibəsinin biznes qurbanlarından daha biri - Tinkoff Bank fəaliyyətini dayandırdı
Tinkoff Bank müvəqqəti olaraq xarici valyutada gedən SWIFT köçürmələrini dayandırır, məhdudiyyət 1 oktyabr 2022-ci il tarixinədək qüvvədə olacaq. Kredit təşkilatının bəyanatında deyilir:
“Qərar, Qərb kontragentlərinin gündəlik tələblərini sərtləşdirməsi və onların Rusiya müştərilərindən aldıqlar ödənişlərin sayının kəskin azalması səbəbi ilə bağlıdır. Bu halda müştərilərimizə məqbul səviyyədə xidmət göstərmək mümkünsüzdür”, - deyə bank bildirib.
"Rusiya müştərilər üçün Qərb tərəfdaşları tərəfindən SWIFT ödənişlərinin həyata keçirilməsinə qoyulacaq başa düşülən qaydalar və prosedurlar formalaşdıqca, biz bu xidmətin göstərilməsini bərpa etməyə ümid edirik, bu barədə daha sonra elan edəcəyik", - kredit təşkilatı bildirib.
Tinkoff Bank hazırda əməliyyat prosesində olan SWIFT köçürmələrini "məqbul müddət ərzində" həyata keçirəcəyini vəd edir. "Rusiya müştəriləri üçün SWIFT köçürmələrinin həyata keçirilməsi üçün orta vaxt artıq bir neçə həftədir və Qərb tərəfdaşlarının uyğunluq prosedurlarının sərtləşdirilməsi səbəbindən artmağa davam edir", - deyə bank qeyd edir.
Xatırladaq ki, Tinkoff Rusiyanın ən böyük maliyyə qruplarından biridir. Oleq Tinkov əvvəl də bankı satmağa cəhd edib: 2020-ci ildə o, bankın ana şirkətinin 100%-ə qədər hissəsini almağı planlaşdıran “Yandex” ilə razılaşıb. Lakin müqavilə baş tutmayıb. Sahibkarın sözlərinə görə, buna səbəb qiymətlə bağlı fikir ayrılığı olub: “Yandex” yalnız 6 milyard dollar ödəməyə hazır idi, Tinkov isə əlavə 200 milyon dollar pul istəyib.
Mart ayında Tinkov aktivlərinin dondurulmasını nəzərdə tutan Britaniya maliyyə sanksiyaları altına düşüb. Ölkəyə giriş qadağan olunmasa da, milyarderin yaxta və təyyarələrinə həbs qoyulub.
Bundan bir qədər əvvəl “Tinkoff Bank”ın qurucusu dollar milyarderi adını itirib. “Forbes”un hesablamalarına görə, martın əvvəlində onun sərvəti 820 milyon dollar olaraq qiymətləndirilirdi ki, bu da 2021-ci illə müqayisədə 5.5 dəfə azdır.