Gündəm

Putin-Makron danışığının dərc olunması etikaya ziddir - NAZİR

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında olmuş telefon danışığının fraqmentlərinin dərc edilməsinə münasibət bildirib və deyib ki, bu diplomatik etikaya ziddir.


ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib:

"Düşünürəm ki, diplomatik etika, əlbəttə ki, danışıqla bağlı məlumatın belə birtərəfli sızmasını nəzərdə tutmur".


Lavrov əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinin praktikasında bir dəfə belə bir hal olub ki,  Fransa və Almaniyanın xarici işlər nazirləri ilə danışıqların təfərrüatı yayılıb.


O, həmin danışıqlarda Rusiyanın Normandiya formatı çərçivəsində işlədiyini və Moskvanın Kiyevi Minsk razılaşmalarına əməl etməyə inandırmağa çalışdığını bildirib.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Moskva Fransa və Almaniyadan olan həmkarları ilə apardığı danışıqların təfərrüatlarını dərc edərkən onlara qarşıdakı hərəkətlərlə bağlı üç dəfə açıq xəbərdarlıq edilib, lakin heç bir reaksiya verməyiblər.


“Ancaq Fransa və Almaniyadan olan həmkarlarımla danışıqlarımın məzmununu dərc etməzdən əvvəl onlara üç dəfə xəbərdarlıq etdik ki, onların birbaşa iştirakı ilə razılaşdırılmış sənədlərdən niyə imtina etdiklərinə dair aydın izahat almasaq, ictimaiyyətə açıqlama verməyə məcbur olacağıq" - nazir deyib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)