Bayden Türkiyəyə F-16 qırıcılarının satışına razılıq verib
![](https://ena.az/uploads/news/2022-07/_ena_583b32c3a074b69838ac8ae0c_o.jpg)
ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.
“”F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir”, deyə Karin Jan-Pyer bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.