Tokayev Avropaya Rusiya əvəzinə Qazaxıstan neftini TƏKLİF ETDİ
Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır.
ENA.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı deyib.
Tokayevin sözlərini onun mətbuat xidməti yayıb.
“Prezident, həmçinin Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığa çağırıb. Kasım-Jomart Tokayev, həmçinin dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır”, - mətbuat xidməti bildirib.
Tokayev, həmçinin Şarl Mişelə xatırladıb ki, Qazaxıstan Mərkəzi Asiyada Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayan ilk ölkədir və bu, Qazaxıstan və Aİ arasında münasibətləri “yeni səviyyəyə” gətirib.
“Ölkəmiz Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə davamlı əlaqələri inkişaf etdirməyə sadiqdir”, - bəyanatda deyilir.
Qazaxıstan parlamenti palataların birgə iclası zamanı daha əvvəl respublikanın sülhməramlı kontingentinin BMT missiyalarında iştirak etmək üçün göndərilməsini dəstəkləyib. Bu təklifi prezident Kasım-Jomart Tokayev irəli sürüb.