Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb
İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fondun məlumatına əsasən, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmçinin, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.