Gündəm

Baş Kəşfiyyat İdarəsi: "Avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək"

“Ukrayna xalqı yaxın zamanlarda Rusiyaya qarşı mübarizədə ilk qələbəni görəcək”.

ENA.az  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O söyləyib ki, müharibədə dönüş nöqtəsinin əhəmiyyətini düzgün dərk etmək lazımdır: “Mən əvvəllər demişdim ki, avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək. Bu, ilk dönüş nöqtəsi olacaq”.

Lakin hərbi kəşfiyyatın rəhbəri təfərrüatları açıqlamaqdan imtina edib: “İndi bütün planları ictimailəşdirməyimi istəyirsiniz ki, düşmən oxusun və hazırlaşsın? Mənim açıqlama verəndə heç səhv etdiyimi görmüsünüz? Elə isə gözləyin”.

K.Budanov Ukraynanın öz ərazilərini yalnız hərbi yolla geri alacağını da vurğulayıb.

Baş Kəşfiyyat İdarəsi həmçinin müharibənin tezliklə başa çatmayacağını bildirib: “Müharibə gələn il, yəni 2023-cü ildə başa çatacaq. Müharibənin başa çatması 1991-ci ildəki sərhədlərə qayıtmaqdır. Başqa ssenari mümkün deyil”.

Xatırladaq ki, daha əvvəl Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirmişdi ki, ukraynalılar avqust ayından etibarən işğal olunmuş Xerson vilayətində əks-hücumun konkret nəticələrini görəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)