Azərbaycan holdinqi Gürcüstana əlavə sərmayə qoymaq istəyir
“Azərsun Holdinq" Gürcüstanın logistikasına sərmayə qoymağa hazırdır. Bunu holdinqin baş icraçı direktoru Savaş Uzan buğün Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
"Ukraynadakı limanların bağlanması bizim üçün böyük fürsətdir. Yüklərin belə çox gəlməsi gözlənilmirdi. Hazırda Qazaxıstan və Özbəkistan yükləri bir aydır gözləyir. Gürcüstan limanlarının ötürücülüyünə yenidən baxmaq lazımdır. Azərbaycan-Gürcüstan dəhlizini inkişaf etdirmək üçün fürsət yaranıb. Biz Azərsun Holdinq olaraq Kulevi limanına sərmayə yatırmağa hazırıq. Burada hər iki ölkənin səfirliklərinin olmasından istifadə edərək, bunu diqqətinizə çatdırıram", - deyə S.Uzan əlavə edib.