Sənaye

Həkəri çayı üzərində Həkəri Su Anbarı Hidroqovşağı quraşdırılacaq

Həkəri Su Anbarı Hidroqovşağının Laçın rayonu ərazisindən axan Həkəri çayı üzərində quraşdırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təchizatı ASC-nin rəsmisi İlqar Məhərrəmov deyib. O bildirib ki, su anbarının həcmi 91 milyon kuba yaxındır, güclü hissəsi 310 hektar, bəndin uzunluğu 692 metr, hündürlüyü 76 metrdir. Anbarın uzunluğu isə 6500 metrdir: “Həkəri çayı tam olaraq ölkəmizdə formalaşır. Axımının əsas hissəsini bulaq suları təşkil edir. Çox təmiz və keyfiyyətlidir. Respublikamızda proqnozlaşdırılan su qıtlığı zamanı respublikanın 14 rayonunda yaşayan təxminən 3 milyona yaxın əhalinin su ehtiyatını bu keyfiyyətli su təşkil edəcək. Su borularının diametrləri 1600-2000 millimetr, uzunluğu isə 253 km təşkil edir. Su əsasən öz axını ilə ötürüləcək. Yalnız içməli su üçün istifadə ediləcək. Torpağın relyefindən asılı olaraq bəzi ərazilərdə nasos stansiyaları quraşdırılacaq. Bundan başqa bəndyanı su elektrik stansiyası və kəmər boyu beş ədəd yeni su elektrik stansiyası quraşdırılacaq ki, ümumilikdə elektrik enerjisinin istehsalı gücü 45.5 mvt təşkil edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)