Nazir: “Peşə təhsili ilə bağlı yeniliklər olacaq”

“Yeni tədris ilində məktəblərdə xüsusilə informasiya texnologiya sahəsində avadanlıqların, kompüterlərin sayı, o cümlədən internetin keyfiyyəti artırılacaq”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu il ilk dəfə olaraq müəllimlərin sertifikasiyası planlaşdırılır:
“Bu, bir neçə bölgəni əhatə edəcək. Eyni zamanda həm sistem, həm də rəqəmsal bacarıqların artırılması layihəsinin genişlənməsini düşünürük. Təhsil sahəsi ilə yanaşı peşə təhsili ilə bağlı da yeniliklər olacaq”.