Gündəm

Kreml defoltla bağlı iddialara aydınlıq gətirdi

Kreml Rusiyanın xarici borcunu yerinə yetirməməsi ilə bağlı iddialarla razılaşmır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Eləcə də oxu: Rusiya ilk dəfə defolt ELAN ETDİ

O vurğulayıb ki, Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur: “Söhbət ondan ibarətdir ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq. Bu defolt iddiaları da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib. Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni ki, bu halda bu vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur”.

Qeyd edək ki, Bloomberg agentliyi Rusiya iqtisadiyyatının bazar ertəsi gecəsi defolt olduğunu iddia edib. Agentliyin yazdığına görə, bu defolt Rusiyada 1918-ci ildən bəri ilk dəfə baş verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)