Rusiya ilk dəfə defolt ELAN ETDİ

Rusiya suveren borc öhdəlikləri üzrə defolt edib.
ENA.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Eləcə də bax: Böyük Britaniya Rusiyaya qarşı daha bir sanksiya tətbiq edib
Bildirilib ki, kuponlar üzrə 100 milyon dollarlıq ödənişin müddəti iyunun 27-nə keçən gecə başa çatıb. Müəyyən edilmiş müddətin sonunadək investorlar razılaşdırılmış vəsaiti ala bilməyiblər. Nəticədə defolt elan edilib.
Qeyd edək ki, bu, Rusiyada 1918-ci ildən sonra ilk hadisədir.