BİZNES

Azərbaycan iş adamlarına Türkiyədən yaxşı xəbər – 40 GÜN VAXT VERİLİB

Azərbaycanda soğan əkini və tədarükü ilə məşğul olanlar üçün yaxşı xəbər var. 

"BI" xəbər verir ki, Türkiyə hökuməti soğana 49,5%-lik gömrük rüsumunu ləğv edib, bununla da soğan idxalına «yaşıl işıq» yandırıb.

Bununla bağlı qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Onun imzaladığı «İdxalat rejimi qərarına əlavə qərar» Rəsmi qəzetdə yayımlanıb.
 

Bu qərara əsasən, quru soğan (və ya baş soğan) idxalı üçün tətbiq edilən  49,5%-lik gömrük  rüsumu bu il fevralın 28-dək sıfırlanıb.

Xatırladaq ki, Türkiyə hökuməti soğana belə böyük gömrük rüsumunu ötən il ölkədə soğanın qiyməti kəskin bahalaşaraq 7 lirəyə qalxdıqdan sonra, onun anbarlara toplanmasının qarşısını almaq üçün tətliq etmişdi. 2018-ci ildə soğanın qiyməti 185% artaraq bahalaşma rekordu vurmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)