Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb
ABŞ Prezidenti Co Bayden Ermənistana səfir təyin olunması üçün Kristina Kvinin namizədliyini irəli sürüb.
Hazırda Kristina Kvin Ukraynada müvəqqəti işlər vəkili kimi çalışır.
Onun namizədliyini Senat təsdiq etməlidir. Bunun sentyabrda baş tutması gözlənilir.
ABŞ-ın Ermənistandakı hazırkı səfirinin diplomatik missiyası yaxın vaxtlarda başa çatır.