Axtar

Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi

Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almaları üçün müxtəlif innovativ və onlayn yeniliklər təqdim edir. Bir neçə yeni xidməti təqdim etmək üçün Kapital Bank 22 iyun 2022-ci il tarixində sahibkarları, tərəfdaşları JW Marriott Absheron Baku Hotelə topladı. “Məsafə saxlamırıq!” şüarı ilə keçirilən tədbiri keçirməkdə məqsəd yeni onlayn xidmətləri real olaraq nümayiş etdirmək, həmçinin sahibkarları maraqlandıran sualları cavablandırmaq idi.

Tədbiri açılış nitqi ilə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə açdı. O, çıxışı zamanı Kapital Bank-ın sahibkarlarla əməkdaşlığının inkişafı, görülən işlər, gələcək planlar və bəzi statistik məlumatlar barədə məlumat verdi. Sonra isə Kapital Bank-ın əməkdaşları tərəfindən təqdimatlar keçirildi.

Kapital Bank-ın KOS və Korporativ bankçılıq sahəsinin kreditləşmə məhsulları üzrə məhsul sahibi Bəhruz Camalov üz tanıma funksiyası ilə müqavilələrin məsafədən imzalanması imkanı, KOS və Korporativ bankçılıq sahəsinin ödənişlər və köçürmələr üzrə məhsul sahibi Rüfət Səbziyev Müştəri Bank Mobile tətbiqinin biznes adamlarının gündəlik iş həyatının bir hissəsi olması, KOS və Korporativ bankçılıq sahəsinin POS məhsulları üzrə məhsul sahibi Günel Talıbova rəqəmsal ödənişlərdə yenilik olan Mobile POS məhsulu barədə, KOS və Korporativ bankçılıq sahəsinin açıq bankçılıq və B2B inteqrasiyalar üzrə məhsul sahibi Cavidan Alıcanov isə açıq API portalının sahibkarların işinin asanlaşdırılması imkanı haqqında ətraflı məlumat verdi.

Rəsmi hissə bitdikdən sonra foyedə hazırlanan xüsusi stenddə bir neçə yeni onlayn xidmətlərin, həmçinin Mobil POS-un real həyatda nə cür işləməsi qonaqlara nümayiş olundu və suallar cavablandırıldı.

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33