Lavrov bu gün Azərbaycana gəlir
![](https://ena.az/uploads/news/2022-06/_ena_f79f75b51474fac74fad2e161_o.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
ENA.az-ın məlumatına görə, nazirin Bakıya səfəri iki gün davam edəcək.
Lavrov səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək.
Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq.