ABŞ Rusiyadan taxıl alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyəcək
ABŞ hökuməti Rusiyadan taxıl idxal edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadığını açıqlayıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Açığı, biz Rusiyanın taxıl ixracına mane olmaq fikrincə deyilir. Sanksiyalarımız Rusiyanın ərzaq məhsullarına şamil edilmir”, – deyə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi cənab Con Finer Rusiya və Ukrayna ətrafında vəziyyətə həsr olunmuş ABŞ və Aİ nümayəndələrinin iştirakı ilə keçirilən forumda söyləyib.
Eləcə də bax: Rusiya XİN: “Kalininqradın blokadasına görə Litvaya cavabımız diplomatik olmayacaq”
Analoji bəyanatla daha əvvəl Aİ-nin xarici xidmətinin rəhbəri Jozep Borrel də çıxış edib. O deyib ki, bütün dünya ölkələri Rusiya ərzaq və gübrələrini sərbəst şəkildə ala bilər. Bundan əlavə, onun sözlərinə görə, taxılın qiymətinin artmasının mühüm amillərindən biri Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilə təhrik edilən enerji resursları və gübrələrin bahalaşmasının nəticəsidir.