Bank

Ölkə iqtisadiyyatı üçün bədbin rəqəm: bank kreditlərinin 52,1%-i istehlakdır

Bu ilin yanvar-may aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 12,5% artıb və 9 milyard 683,4 milyon manata çatıb. Bu isə ümumi kreditlərin 52,1%-ni təşkil edir. Təkcə may ayında 222,7 milyon manat həcmində istehlak krediti götürülüb. Bu isə dayanıqlı iqtisadiyyat, dayanıqlı maliyyə sektoru üçün yaxşı rəqəm deyil. 

Eləcə də oxu: Bu il Azərbaycan bankları xaricdən 66 milyondan çox borc alıblar

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 8,5% artaraq 18 milyard 577,9 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının mlumatına görə, may ayında bankların kredit portfeli 1,4% və ya 257,9 milyon manat artıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin həcmi 673,7 milyon manata düşüb. Bu ilin 5 ayında portfeldə 6,4% azalma baş verib. Beləliklə, bütün kreditlərin 3,6%-i problemli kreditlərin payına düşür və qeyd edək ki, 2021-ci ilin sonuna bu 4,2% təşkil edirdi. 

Mayın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 9% çox, 3 milyard 634,4 milyon manat borc verilib. Bu isə bütün kreditlərin 19,6%-ini tutur. Özəl banklardan isə 8,5% çox, 14 milyard 463,9 milyon manat kredit alıblar. Yəni cəmi kreditlərin 77,9%-i onların payına düşür. Qalan 479,6 milyon manatı isə bank olmayan kredit təşkilatları verib.

İyunun əvvəlinə verilmiş kreditlərin 14 milyard 106,3 milyon manatı milli valyuta, 4 milyard 471,6 milyon manatı xarici valyuta ilə olub. Başqa sözlə, xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 1,7% də azalaraq 24,1%-ə düşüb. 

Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 141,2 milyon manat (bütün kreditlərin 16,9%-i) ticarət və xidmət sahələrinin, 712,9 milyon manat (3,8%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 597,6 milyon manat (3,2%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 95,7 milyon manat (5,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 992,9 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 761,7 milyon manat (4,1%) nəqliyyat və rabitə sahələrinin, 9 milyard 683,4 milyon manat (52,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)