Bu il Azərbaycan bankları xaricdən 66 milyondan çox borc alıblar
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il mayın 31-nə 1 milyard 482,7 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 39,4% çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin may ayında bankların xarici öhdəlikləri 66,3 milyon manat və ya 4,7% artıb.
AMB-nin məlumatına görə, aprelin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 247,8 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 7,6% çoxdur.
May ayında bankların xalis xarici aktivləri 83,8 milyon manat və ya 1,3% artıb.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Aprelin sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub