Bank

Vüsal Xəlilov: "Küarla ödəniş vərdiş olaraq cəmiyyət üçün yenidir"

Artıq bəzi marketlər Küar ilə ödəniş təklif edirlər, ancaq bu çox azdır. Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müvavini Vüsal Xəlilovun sözlərinə görə, marketlər artıq bankların mobil tətbiqi üzərindən küarla ödənişə başlayıb.

“Hazırda küarlar standartlaşdırılır ki, hər bir mobil tətbiq üzərindən oxunsun və istifadəsi genişlənsin. Ödəniş vərdişi olaraq cəmiyyət üçün yenidir və zamanla həllini tapacaq”, - deyə V.Xəlilov bildirib.

AMB-nin sədr müavini açıq ödəniş sistemlərinin formalaşması üçün geniş tədbirlər hazırlandığını deyib. Qeyd edib ki, küar sisteminə bir çox banklar qoşulub və bu sahədə təhlükəsizlik təmin edilib. Küarla ödənişin həm banklar, həm də ödəniş sistemlərində geniş istifadəsi nəzərdə tutulur.  

Qeyd edək ki, Küar ilə ödəniş zamanı komissiya haqqları çox cüzidir və bu, böyük dövriyyələrdə böyük vəsaitlərə qənaət etməyə imkan yaradacaq.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)