Sosial iqtisadiyyat

İqtisadiyyat sürətlə bərpa olunur - NAZİR

Qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənib. Cari ilin ötən dövründə də bu müsbət dinamikanın davam etməsi müşahidə edilib. 

Eləcə də bax: Hesablama Palatası: "5 aylıq iqtisadi artım son 12 ilin ən böyük artımıdır"

ENA.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, cari ilin beş ayı ərzində 39,6 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 19,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub:

"Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM  7,2 faiz, qeyri-neft sektoru üzrə isə ÜDM 11,4 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatının bütün sahələrində artım olub. Belə ki, sənaye sahəsində 2,8 faiz, kənd təsərrüfatında 3,6 faiz, tikinti sektorunda 10,0 faiz, informasiya və rabitə sahəsində isə 14,8 faiz real artım müşahidə olunub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)