Axtar

Ukraynada “Bayraktar”ın idarəetmə stansiyası məhv edilib

Rusiya hərbçiləri “Bastion” sahil kompleksindən yüksək dəqiqliyə malik “Oniks” raketi ilə Odessa vilayətində yerləşən Artsiz aerodromuna zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, zərbə nəticəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatının idarəetmə stansiyası və bu kompleksin yerdəki iki pilotsuz uçuş aparatı məhv edilib.

“Bundan əlavə, ötən gün ərzində Donetsk istiqamətində “Qrad” reaktiv yaylım atəşi sistemlərinin tağımı vurulub. Podqornı bölgəsində artilleriya ekipajları ilə birlikdə Amerika istehsalı olan iki M777 155 mm-lik haubitsa məhv edilib”, – Rusiya MN-nin məlumatında bildirilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33