Büdcənin gəlir və xərcləri 8 faizdən çox artırılır
2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artırılır.
ENA.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında cari ilin büdcəsinə təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Eləcə də bax: Azərbaycanın icmal büdcəsində 4 milyard manata yaxın qalıq yaranıb
Layihəyə əsasən, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur.
Belə ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilir.