MALİYYƏ

Nazir hansı sahələrə vəsait ayrıldığını AÇIQLADI

"İşğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan vəsait 470 milyon manat artırılır". 

Eləcə də bax: Büdcənin gəlir və xərcləri 8 faizdən çox artırılır

ENA.az xəbər verir ki, bununla bağlı maliyyə naziri Samir Şərifov parlamentdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. 

O qeyd edib ki, bundan əlavə, azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılan vəsait 34 milyon manat, müdafiə sahəsinə ayrılan vəsait isə 588 milyon manat artırılır:

"Həmçinin sosial müdafiə sahəsinə isə 519 milyon manat ayrılması nəzərdə tutulub. Ərzaq təhlükəsizliyinə 193 milyon manat, sahibkarlığın inkişafı üçünsə 163 milyon manat əlavə ayrılması nəzərdə tutulub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)