Gündəm

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

Məlumata görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)