Vakansiyalar

Dövlət qurumu işçi axtarır - MAAŞ 1700-2000 AZN

Dövlət qurumu
Aktuar hesablamalar üzrə baş mütəxəssis

 Son tarix 25 iyn 2022

Vəzifə öhdəlikləri:

  • Aktuar hesablamalar üçün lazım olan məlumatların dəqiq və müntəzəm toplanmasına və  saxlanmasına nəzarət etmək;
  • Toplanmış məlumatların vaxtaşırı təhlilini, zərurət yarandıqda təkmilləşdirilməsini təmin etmək;
  • Sığorta öhdəliklərinin hesablanması və onlara uyğun maliyyə təminatlarının adekvatlığına nəzarət etmək;
  • Statistik məlumatlar əsasında risklərin qiymətləndirilməsini həyata keçirmək;
  • Aparılmış təhlillərin yekunu olaraq gələcək dövr üçün demoqrafik və iqtisadi göstəricilərlə bağlı hesabat və təqdimatlar hazırlamaq;
  • Qurumun gələcək dövrdə öhdəliklərini, həmçinin bu öhdəliklərin illər üzrə paylanmasını qiymətləndirmək məqsədi ilə hesabat formalarını hazırlamaq;
  • Hesabatların müvafiq tezlikdə və dəqiqliklə proqram təminatı vasitəsi ilə hazırlanmasını həyata keçirmək.

Tələblər:

  • İqtisadiyyat, riyaziyyat, maliyyə və ya statistika ixtisasları üzrə ali təhsil
  • Strateji təhlil, maliyyə və ya müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • “Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və digər müvafiq proqram təminatlarından istifadə bacarıqları;
  • Aktuar riyaziyyatı üzrə nəzəri biliklər;
  • Həyat sığortasının riyaziyyatına dair biliklər;
  • Yüksək təqdimat bacarıqları;
  • İngilis və rus dili bilikləri üstünlükdür;
  • Səlis danışıq bacarığı;
  • Operativlik;
  • Problem həll etmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Planlama və zamanın idarəolunması.

Digər:

  • Əmək haqqı: 1700 – 2000 AZN
  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri

Vakansiya üzrə müraciətin son tarixi: 24.06.2022

Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Aktuar hesablamalar üzrə baş mütəxəssis) qeyd edin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department