Gündəm

“Şərq Bazarı” bu tarixdə açılır

“Şərq Bazarı”nın fəaliyyətə başlayacağı tarix açıqlandı.

ENA.az xəbər verir ki, açılış tədbiri 18 iyun tarixində saat 18:00-dan 20:00-dək “Şərq Bazarı”nda keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şərq Bazarının açılışında olublar.

78 icarədarın fəaliyyət göstərəcəyi bazarda 300 yeni iş yeri açılıb. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla, 16 günbəzdən ibarətdir. Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)