Gündəm

Kreml Makron, Şolts və Draqinin Ukraynaya səfərinə münasibət bildirib

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqinin Kiyevə səfəri zamanı yəqin ki, taxıl mövzusu müzakirə olunacaq. Ukraynanın mövqeyinin mahiyyəti hələ aydın deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, taxıl mövzusu müzakirə olunacaq. Biz hələ də Ukraynanın taxılla bağlı mövqeyinin mahiyyətini başa düşə bilmirik. Bilirik ki, ölkəmiz bu böhranının nizamlanmasına, Ukrayna limanlarından taxılın daşınmasına yardım etməyə hazırdır. Bizim başqa səylərdən, türkiyəli həmkarlarımızın səylərindən xəbərimiz var, amma hələ də dəqiq bilmirik ki, Ukrayna bunu istəyir, buna hazırdır? Ona görə ki, onlar bu məsələ ilə bağlı susurlar. Aydındır ki, bu mövzuya toxunulacaq”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Fransa, Almaniya və İtaliya liderləri Ukraynaya səfər ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)