Gündəm

“Qazprombank”ın keçmiş vitse-prezidenti: “Putin məhv olacaq”

Rusiyanın ən nəhəng bankı olan “Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyev Ukrayna tərəfində döyüşə başlayıb.

ENA.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, son günlər Moskvanın işğalçı siyasətinə etiraz edən ruslar mövqelərini dəyişərək, Ukrayna ordusu sıralarına qoşulurlar. Artıq 100-dən rus öz ölkəsinə qarşı döyüşə girib.

Ukraynada anadan olan İqor Volobuyev Rusiya vətəndaşı olmasına baxmayaraq, hazırda öz həmvətənlərinə qarşı vuruşur. Volobuev Ukraynaya qaçdıqdan sonra verdiyi açıqlamada bildirib ki, rus kişiləri Putinə qarşı birləşməlidir:

“Rus kişiləri, əgər Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad olmasını istəyirsinizsə, vuruşmalısınız. Putin məhv olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)