ABA: “Rusiya-Ukrayna münaqişəsinə baxmayaraq Azərbaycan bankları aktiv şəkildə hesablaşmalar aparır”
“Rusiya-Ukrayna münaqişəsinin davam etməsinə baxmayaraq, bu dəqiqə Azərbaycan bankları tərəfindən kifayət qədər aktiv şəkildə hesablaşmalar həyata keçirilir və onların həyata keçirilməsində hansısa ləngimələr yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Rusiya banklarına tətbiq edilən sanksiyaların Azərbaycan banklarının əməliyyatlarına təsirini şərh edərkən deyib.
Z.Nuriyevin sözlərinə görə, hazırda bu sahədə problem yoxdur: “Yəni Azərbaycan bankları öz müştərilərinə zəruri olan hesablamaları tam həyata keçirirlər”.
ABA rəsmisi bank kreditlərinin faizlərinin də azalmasına toxunub:
“Kredit faizləri hər il aşağı düşməkdə davam edir və bu il üçün də bu azalmaının olacağını düşünürük”.