Avtomobil

Türkiyənin ilk elektrik avtomobilinin satışına başlanılacaq

Türkiyənin ilk elektrikli avtomobili TOGG bu ilin sonunda ilk dəfə dövlət rəsmiləri tərəfindən istifadə ediləcək.

Bu barədə Türkiyənin Sənaye və Ticarət naziri Mustafa Varank bildirib.

Nazir qeyd edib ki, TOGG-un Türkiyədə satışına ilk dəfə 2023-cü ildə başlanılacaq.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Xatırladaq ki, TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)