Binə və Sədərəkdə əməliyyat keçirildi
Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Məlumata görə, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.
Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.
Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.