Birja

Avropada qazın qiyməti min dollara yüksəlib: Norveçdə təmir işləri, ABŞ-da LNG zavodunda yanğın bahalaşmanı sürətləndirir

Norveçdə qaz yataqlarında planlaşdırılmış əsaslı təmir işlərinin başlanması fonunda bugün səhərdən Avropada qazın spot qiyməti 17% artıb. Qlobal səviyyədə qiymət artımını ildə 15 milyon ton gücünə malik Freeport LNG zavodunda baş verən yanğın xəbəri də dəstəkləyir.

ICE Futures birjasında ən yaxın iyul TTF fyuçersləri çərşənbə gününün bağlanışında min kubmetr üçün 855 dollardan  997 dollara yüksəlib.

Norveç qaz ötürmə operatoru Gassco-nun məlumatına görə, iyunun 8-də Visund və Heimdal yataqları illik profilaktik təmir üçün dayanıb (ümumilikdə, gücü gündə 22 milyon kubmetr azalıb). Hazırda istehsal gücünün ümumi istismarı sutkada 104 milyon kubmetr təşkil edir.

Freeport LNG çərşənbə günü baş verən yanğına görə ən azı üç həftə bağlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)