Bank

"Yapı Kredi Bank Azərbaycan" Rusiya bankındakı pulunu geri çəkdi, depozit hesabını bağladı

Yapı Kredi Bank Azərbaycan "İş Bankası Rusiya"da yerləşdirilmiş depozitini 31 mart 2022-cl II tarixində geri götürüb. Bununla bağlı ENA.az xəbər verir ki, ilkin ödəniş tarixi 2022-ci ilin dekabr ayında olacaqmış. 

Bankdan əldə etdiyimiz məlumata görə, Rusiya və Ukrayna arasında başlamış münaqişə ilə əlaqədar Bank "İş Bankası Rusiya"da yerləşdirilmiş 6 milyon 120 min AZN məbləğində depoziti 31 mart 2022-cl II tarixində (ilkin ödəniş tarixi 2022-ci ilin dekabr ayı) geri götürüb. Beləliklə, hazırda "Yapı Kredi Bank Azərbaycan"ın Rusiya banklarında saxlanılan digər əhəmiyyətli müddətli depozit və ya cari hesab qalıqları mövcud deyil.

Müştərilərə verilmiş kreditlər və müştərilərə ödəniləcək məbləğlər də daxil olmaqla, qalan mallyyə alətləri ilə bağlı Rusiya və ya Ukrayna bazarında əhəmiyyətli risk yoxdur. Bu səbəbdən, Bank kredit və ya depozit portfelinin keyfiyyətinin pisləşməsini ve ya GKZ-də müvafiq artım gözləmir.

Qeyd edək ki, Türkiyədə təsis edilmiş “Yapı ve Kredi Bankası A.Ş.” (“YKB”) Bankın əsas baş ofisidir. YKB-nin səhmləri 1987-ci ildən etibarən İstanbul Fond Birjasında (“İFB”) ticarət edilir. 31 dekabr 2020-ci II tarixinə YKB-nin səhmlərinin 32.03%-i (2020:30.03%) birjalarda açıq şəkildə ticarət edilir.

Qalan 67.97% səhmin 40.05%-i “Koç Qrup”a daxil olan "Koç Flnansal Hizmetler A.Ş"-ye ("KFS") məxsusdur. Sehrilərin 9.02%-i birbaşa “Koç QrUp”-a, 18.00%-i (2020: 20.00%) İsə “UniCrədit”-e (“UCG") məxsusdur. Müvafiq olaraq, “Koç Qrup“un Bankdakı birbaşa ve dolayı payı cemi 49,97% (2020:49.97%) təşkil edir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)