Azərbaycanın ən iri un idxalçısı 1 milyondan çox zərər açıqladı
Azərbaycanın "Karat Holding" şirkətinin 2021-ci ildə zərəri 1 milyon 366,836 min manat təşkil edib. Halbuki, 2020-ci ildə holdinq 4 milyon 287,403 min manat mənfəət açıqlamışdı.
Şirkətin 2021-ci il üzrə maliyyə hesabatlarına əsasən, hesabat dövründə satış gəlirləri 75 milyon 915,637 min manat (azalma 8%), digər əməliyyat gəlirləri 7 milyon 443,561 min manat (artım 515 dəfə), istifadə edilmiş maddi ehtiyatlar - 81 359 001 milyon manat (artım 8,4%), işçi heyətin xərcləri - 1646,583 min manat (artım 3,6%) olub.
Maliyyə hesabatlarına əsasən, “Karat Holding”in aktivləri 2022-ci il yanvarın 1-nə 4,7% azalaraq 71 milyon 305,766 min manata düşüb.
Şirkətin kapitalı 2022-ci il yanvarın 1-nə 28 milyon 434,812 min manatdır (azalma 0,8%). Eyni zamanda, nizamnamə kapitalı 336 181 manat (dəyişmədi), kapital ehtiyatları 28 98 631 manat (azalma 0,8%) təşkil edib.
Hesabat dövründə holdinqin öhdəlikləri 7,1% azalaraq 42 milyon 870,954 min manat təşkil edib.
“Karat Holding” Azərbaycanın ən iri istehsalçılarından və respublikaya un, qarabaşaq yarması, makaron və digər məhsulların idxalçılarından biridir. Şirkətin sahibi Asabil Qasımovdur. Azərbaycan Milli Məclisinin deputatı olub. “Karat Holding”in Rusiyada və bəzi Avropa ölkələrində qiymətli daşınmaz əmlakı var.