MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

07 iyun 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 18,2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, sonuncu hərrac 2 iyunda keçirilmişdi və banklara 56,4 mln. ABŞ dolları satılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department