Gündəm

Rusiyanın bütün universitetləri Boloniya sistemindən ÇIXARILDI

Rusiyanın bütün universitetləri Bolonya təhsil sistemindən çıxarılıb.

ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın təhsil və elm nazirinin müavini Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin iclasında deyib.

"Boloniya qrupu Rusiya və Belarusun Boloniya prosesinin bütün strukturlarında təmsilçiliyini dayandırmaq barədə qərar qəbul edib", - Afanasyev bildirib.

O qeyd edib ki, Rusiya Rektorlar İttifaqının Ukraynada keçirilən xüsusi hərbi əməliyyata dəstək müraciətini imzalamasından sonra ölkənin təhsil təşkilatları faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)