“Saudi Aramco” neftin bahalaşması üçün əsas yaratdı: qiymətlər qalxır
Neft bazar ertəsi günü bahalaşıb. Bloomberg qeyd edir ki, Səudiyyə Ərəbistanının Asiya müştərilərinə satdığı nefti bahalaşdırması neftə tələbatın artmasına inamının siqnalı kimi qəbul edilib.
“Saudi Aramco” bazar günü bildirib ki, Asiya, Avropanın şimal-qərbi və Aralıq dənizi hövzəsi ölkələrinə ixrac etdiyi neftin bütün növləri üçün iyul ayında qiymətləri qaldıracaq. ABŞ-a ixrac olunan neftin qiyməti gələn ayın iyun ayı səviyyəsində qalacaq.
Asiyaya tədarük edilən əsas “Arab Light” növünün dəyəri bir barel üçün 2,1 dollar artacaq. Nəticədə, Oman və Dubaydan alınan neftdən bir barel üçün 6,5 dollar baha olacaq. Bloomberg-in sorğusuna qatılan ekspertlər orta hesabla bir barel üçün 1,5 dollar artım proqnozlaşdırıblar.
Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:10-a olan Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 120,61 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,89 dollar (0,74%) çoxdur. Cümə günü ticarət nəticəsində bu kontraktlar 2,11 dollar (1,8%) artaraq 119,72 dollar/barelə çatıb.