Qarabağ

Üçtərəfli İşçi Qrupun növbəti iclasının vaxtı BƏLLİ OLDU

Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun növbəti iclasının vaxtı açıqlanıb.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.

İclas sabah, iyunun 3-də Moskvada keçiriləcək.

Qeyd edək ki, sonuncu dəfə baş nazir müavinləri 2021-ci ilin dekabr ayında görüşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)