Gündəm

Bəzi siqaretlər bahalaşdı

Nazirlər Kabinetinin aprelində ortasından başlayaraq siqaretlər üzrə aksiz dərəcəni 8% qaldırması ardından Azərbaycanda bəzi siqaretlərin qiyməti bir qədər də bahalaşıb.

Bazar üzrə araşdırmalara görə bu gündən marketlərdə “Winiston” markalı siqaretlərin bir qutusunun qiyməti 10 qəpik – 3.5 manatdan 3.6 manata yüksəlib.

“Kent” markalı filtirli siqaretlərin bir qutusu 3.7 manatdan 3.8 manata, “SOBRANIE” 4 manatdan 4.1 manata qədər bahalaşıb.

Azərbaycanda ötən illə müqayisədə bu il əhalinin tütün məmulatları üzrə xərcləri artıb. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin 2022-ci ilin birinci rübünə olan göstəricilərində bildirilmişdi.

İlin ilk üç ayında əhalinin tütünə olan xərcləri 51.14 mln. manat olmaqla ötən ilin müvafiq dövrünü 46% üstələmişdi.

Bir həftə öncə isə yerli tütün istehsalçıları heç bir qiymıt artımına getmədiyini bildiridi.

Banker.az-ın əldə etdiyi məlumatlara əsasən, bu həftədən ölkənin marketlərində bir çox marka siqaretlər satışdan çıxarılıb. Mağazalar bunu, firmaların mal ilə təmin etməməsi ilə izah edirlər.

Hökumət 2022-ci ilin 14 aprelindən tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 46.5 manata qaldırılıb.

Həmin qərarda elektron siqaretlərə də aid edilir di. Belə ki, aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12.9 manatdan 14 manata qaldırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)