Sənaye

İran Türkiyəyə təbii qaz ixracını artırmağı planlaşdırır

İran Türkiyəyə təbii qaz ixracını artırmağı planlaşdırır.

ENA.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Ovci Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkə İraqa “mavi yanacaq” ixrac edir, Azərbaycan və Türkmənistanla isə svop qaz tədarükü həyata keçirir.

“Biz bütün sərhədimiz boyu təbii qaz ticarətinə hazırıq. Üstəlik, ölkədə böyük təbii qaz yataqlarının olduğunu nəzərə alsaq, tələbatı ödəmək üçün təbii qaz tədarükünü təmin etməyə hazırıq. Biz mayeləşdirilmiş təbii qaz layihələrinin həyata keçirilməsində də maraqlıyıq” - C.Ovci bildirib.

O deyib ki, ölkədə böyük karbohidrogen resurslarının olmasına baxmayaraq, İran bərpa olunan enerji hesabına elektrik enerjisi istehsal etmək imkanlarını nəzərə alır.

Qeyd edək ki, İranın neft-kimya sahəsində istehsal qabiliyyəti ötən il 92 milyon tona çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)