Putin 5 generalı vəzifədən azad etdi - ADLAR
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin beş generalı və bir polkovnikini vəzifəsindən azad edib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı mayın 30-da müvafiq sərəncamlar imzalayıb.
Xəbərin həqiqiliyini Rusiya Daxili İşlər Nazirliyinə yaxın mənbə də təsdiqləyib.
Dövlət başçısı DİN-in Vladimir vilayəti üzrə idarə rəisi, general-mayor Vasili Kukuşkini, DİN-in Altay diyarı üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Aleksandr Laası, DİN-in Yaroslavl vilayəti üzrə idarə rəisi, general-mayor Andrey Lipilini, DİN Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Udovenkonu və DİN-in Maddi-texniki və tibbi təminat idarəsinin rəis müavini, general-mayor Yuri İnstrankini vəzifəsindən azad edib.
Bundan başqa, prezident polis polkovniki Emil Musini Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin birinci müavini vəzifəsindən azad edib.
Generalların və polis polkovnikinin işdən çıxarılması işçilərin standart rotasiyası ilə izah edilib.