Dünya birjalarında NEFT BAHALAŞIB
Dünya bazarında Brent neft bahalaşıb.
ENA.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,36% artaraq, 1 barelə görə 116,02 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,46% artaraq, 115,2 dollar olub.