Azərbaycanda 7 sığorta agentinin lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) 7 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, lisenziyalar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, müəyyən edilmiş nöqsanlar vaxtınd aradan qaldırmadığı üçün ləğv olunub.