Aqrar

Laçın rayonu üzrə heyvandarlıq məhsullarının istehsalı artıb

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın rayon statistika idarəsindən bildiriblər ki, 2022-ci ilin yanvar-aprel aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin dörd ayında rayonda 7434 sentner ət, 79 min 813 sentner süd, 1053 sentner yun və 1575 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 16,2 faiz, süd istehsalı 57,8 faiz, yumurta istehsalı 5 faiz, yun istehsalı isə 12,5 faiz çoxalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)