Azərbaycan MEMATT minapartladan qurğunun prototipini yaradıb
Azərbaycan istehsalı olan “Revival-P” minapartladan qurğu gələn aydan etibarən işğaldan azad olunan ərazilərdə istifadə olunacaq.
ENA.az xəbər verir ki, bunu Metal Konstruksiya zavodunun baş mühəndisi Cavidan Kərimov deyib.
Minapartladan qurğu sınaqdan keçirilib və ANAMA tərəfindən müvafiq rəy alınıb.
“İlkin olaraq qurğu böyük ehtimalla Füzuli rayonunun ərazisində minaların zərərsizləşdirilməsində istifadə olunacaq”,- Cavidan Kərimov qeyd edib.
Xatırladaq ki, MEMATT minapartladan qurğunun prototipidir.