Gündəm

Britaniya XİN başçısı: "Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”

“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”.

ENA.az UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısını almalıyıq”, - o söyləyib.

Diplomat bildirib ki, Qərb Rusiyanı Gürcüstanın bir hissəsini, Krımı və Donbası işğal etməsindən tarixi dərs götürməlidir: “Biz Ukraynanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi yardımları davam etdirməliyik”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə aparacağını vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)