Bank

Azərbaycan Mərkəzi Bankı 796 min manata Oracle lisenziyası aldı

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) və Ani Ödənişlər Sistemində (AÖS) istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi barəsində elan edilən tenderin nəticəsi açıqlanıb.

ENA.az xəbər verir ki, tenderin qalibi “Sinam” MMC-dir.

Mərkəzi Bank buna görə “Sinam” MMC-yə 795 981 manat ödəyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)