Sosial iqtisadiyyat

Azərbaycanda sahibkarlardan - DAHA BİR RÜSUM TUTULACAQ

Nazirlər Kabinetinin qərarı ilə 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarla təsdiqlənmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na dəyişiklik edilib.

ENA.az xəbər verir ki, dəyişikliyə əsasən qaydalara yeni 3.3-1-ci bənd əlavə edilib. Həmin bəndə görə, 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)